AZ

Mourinyo sükütu pozdu: “Real”a keçir?

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real”a mümkün qayıdışı ilə bağlı danışıqlar apardığı haqda yayılan xəbərləri təkzib edib.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə AS-a açıqlamasında danışıb. Mourinyo bildirib ki, futbolda keçidlərlə bağlı qərarları əksər hallarda ayrı-ayrı şəxslər yox, məhz klublar qəbul edir.

Onun sözlərinə görə, Madrid klubu ilə bağlı mövzudan qəsdən uzaq durur, çünki “Real”ın prezidenti Florentino Peres və ya klub rəhbərliyindən hər hansı şəxslə rəsmi təması olmayıb.

“Hamı “Real”dan danışmağa davam edir, amma mən açığı bu mövzudan qaçıram. Klub prezidenti və ya rəhbərlikdən kimsə ilə heç bir əlaqəm olmayıb. Mövsümün sonunda heç kimlə danışmıram. Portuqaliya çempionatında “Eştoril”ə qarşı son matç başa çatana qədər “Real”la heç bir təmasım olmayıb və olmayacaq. Bundan sonra mənim istədiyim şəxslərlə danışa biləcəyim bir həftə olacaq. Tələblər və görüşlərlə bağlı yayılan xəbərlər sadəcə fərziyyələrdir”, – deyə Mourinyo bildirib.

Seçilən
152
publika.az

1Mənbələr