“Real”ın mərkəz müdafiəçisi Raul Asensio yay transfer pəncərəsində klubu tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Beşiktaş” klubu ispaniyalı futbolçunun transferində maraqlıdır və onun üçün 20 milyon avro təklif etməyə hazırdır. Xəbərdə qeyd olunur ki, Madrid təmsilçisi gələcək planlarında oyunçuya xüsusi yer ayırmır və daxil olacaq təklifləri nəzərdən keçirməyə hazırdır.