AZ

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna dronlarının Latviya ərazisinə daxil olduğunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Sibiqa hadisələrin səbəbi kimi Rusiyanın radioelektron mübarizə vasitələrinin fəaliyyətini göstərib.

O, “X” sosial şəbəkəsində bildirib ki, Latviya hava məkanında dronlarla bağlı vəziyyəti Latviyanın xarici işlər naziri Bayba Braje ilə müzakirə edib.
 

“Araşdırma sübut edib ki, bu, Rusiya radioelektron mübarizə vasitələrinin işi nəticəsində baş verib. Onlar Ukrayna dronlarını Rusiyadakı hədəflərindən qəsdən yayındırıblar”, - deyə Sibiqa qeyd edib.


Ukraynanın XİN rəhbəri Baltikyanı ölkələr və Finlandiya ilə belə insidentlərin qarşısını almaq üçün işləməyə hazır olduqlarını da bildirib. Onun sözlərinə görə, bu prosesə ukraynalı mütəxəssislərin birbaşa cəlb olunması da mümkündür.

Qeyd edək ki, son bir ayda Ukrayna Rusiyanın şimalındakı limanlara və neft obyektlərinə, o cümlədən Leninqrad vilayətindəki hədəflərə zərbələri artırıb.

Latviya, Litva, Estoniya və Finlandiya isə dəfələrlə Ukrayna dronlarının Rusiya sərhədinə yaxın rayonlarda onların hava məkanına daxil olduğunu açıqlayıblar.

Bazar günü Latviyanın müdafiə naziri Andris Spruds istefa verib. Buna səbəb ordunun dronların neft bazası ərazisinə düşməsinin qarşısını ala bilməməsi göstərilir.

Bizim.Media

Seçilən
4
1
bizim.media

10Mənbələr