BAKI, 11 may. TELEQRAF
İsrail ABŞ-dən aldığı hərbi maliyyə dəstəyini mərhələli şəkildə azaltmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "CBS News" telekanalına müsahibəsində bildirib.
İlkin mənbəyə görə, Netanyahu ABŞ-nin maliyyə dəstəyinin azaldılması ehtimalı ilə bağlı suala müsbət cavab verib.
“Bəli, əlbəttə. Mən bunu Prezident Donald Trampa da demişəm”, - İsrail hökumət başçısı qeyd edib.
Netanyahu bildirib ki, məqsəd ABŞ-nin hərbi əməkdaşlıq çərçivəsində İsrailə ayırdığı maliyyə yardımını tamamilə sıfırlamaqdır:
“Biz hər il 3,8 milyard dollar alırıq. Düşünürəm ki, artıq qalan hərbi dəstəkdən də imtina etməyin vaxtıdır”.
İsrail Baş naziri bu prosesə dərhal başlamaq və onu 10 il ərzində tamamlamaq istədiyini vurğulayıb.