AZ

“MV Hondius” gəmisindən təxliyə edilən ABŞ vətəndaşlarında hantavirus aşkarlanıb

BAKI, 11 may. TELEQRAF

“MV Hondius” kruiz gəmisindən təxliyə edilən ABŞ vətəndaşlarından ikisində hantavirus əlamətləri müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinə istinadən məlumat yayıb.

İlkin mənbəyə görə, təxliyə olunan 17 amerikalı turistdən birində xəstəlik əlamətləri müşahidə olunub, digər şəxsdə isə PCR testi nəticəsində hantavirusun And ştammı təsdiqlənib.

Məlumata əsasən, hər iki pasiyent ciddi izolyasiya şəraitində saxlanılır və ABŞ-yə çatdırıldıqdan dərhal sonra Nebraska ştatındakı tibb mərkəzinə yerləşdiriləcək.

Qeyd edək ki, daha əvvəl İspaniyanın səhiyyə naziri Monika Qarsiya “MV Hondius” gəmisindən xilasetmə əməliyyatının ilk günündə 94 nəfərin təxliyə olunduğunu açıqlamışdı.

Seçilən
58
teleqraf.com

1Mənbələr