AZ

Bu ölkədə yanacaq bahalaşıb

Çində nəqliyyat vasitələrinin yanacaq qiymətləri aprel ayında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,4 % artıb.

“İki sahil” xəbər verir ki, bu məlumat Çinin Milli Statistika İdarəsinin göstəricilərində yer alıb.

Aylıq müqayisədə yanacağın qiymətləri 11,5 % artıb.

Ümumilikdə, nəqliyyat və rabitə kateqoriyasındakı qiymətlər aprel ayında illik müqayisədə 4,6 %, mart ayı ilə müqayisədə isə 3,5 % artıb.

Bu arada, nəqliyyat vasitələrinin özlərinin qiyməti azalıb. Xüsusilə, minik avtomobillərinin qiymətləri illik müqayisədə 1,2 % aşağı düşüb.

Seçilən
59
ikisahil.az

1Mənbələr