AZ

Əliyev o ölkəni də məğlub etdi KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşdə Ermənistanla Azərbaycan arasında sülh prosesi və bunu pozmaq istəyən qüvvələrin varlığından bəhs edib. Dövlət başçısı qeyd edib ki, bu gün iki ölkə sülh şəraitində yaşayır və mövcud vəziyyəti Azərbaycan təmin edib.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Azərbaycan postmüharibə dövründə regionda sülh gündəmini formalaşdıran əsas aktorlardan biridir:

“Məhz rəsmi Bakı tərəfindən irəli sürülən qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi prinsiplər bu gün danışıqlar masasının əsasını təşkil edir. Buna baxmayaraq, bəzi xarici siyasi dairələr regionda yaranan yeni reallığı qəbul etmək istəmir və müxtəlif bəyanatlarla prosesi manipulyasiya etməyə çalışırlar. Xüsusilə Fransa Prezidenti Emmanuel Makronun müharibə dövründə Ermənistana dəstək göstərilməsi ilə bağlı səsləndirdiyi fikirlər daha çox daxili auditoriyaya hesablanmış populist çıxış təsiri bağışlayır. Çünki əgər Fransa Ermənistanın taleyinə ciddi təsir göstərə biləcək gücə malik idisə, o zaman nə üçün bu ölkə həm 2020-ci ildə, həm də sonrakı mərhələdə ağır hərbi və siyasi məğlubiyyətlərlə üzləşdi?”

Politoloq bildirib ki, Makron açıqlamaları ilə faktiki olaraq Fransanın neytral vasitəçi statusuna zərbə vurduğunu etiraf edir:

“Beynəlxalq hüquq və diplomatik normalar vasitəçi ölkələrin balanslı mövqe sərgiləməsini tələb etdiyi halda, Parisin açıq şəkildə bir tərəfin maraqlarını müdafiə etməsi regionda etimadsızlığı daha da artırdı. Bu yanaşma Fransanın Cənubi Qafqaz siyasətində vasitəçilikdən çox geosiyasi rəqabət elementlərinə üstünlük verdiyini göstərdi. Nəticədə isə Fransa nə regionda real təsir yarada bildi, nə də Ermənistan üçün praktik nəticə əldə etdi. Əksinə, region ölkələri arasında etimadın formalaşması prosesinə əlavə gərginlik gətirmiş oldu”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
konkret.az

2Mənbələr