AZ

ABŞ-la Çin arasında razılıq əldə olundu: 13-15 may tarixlərində...

Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Pekinə gözlənilən dövlət səfərinin dəqiq tarixini rəsmən təsdiqləyib.

Publika.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, səfər Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 13-15 may tarixlərində baş tutacaq.

Qeyd edək ki, Çin tərəfinin rəsmi bəyanatından sonra Ağ Evin daha əvvəl açıqladığı qrafikdə müəyyən düzəlişlər edilib. Belə ki, Vaşinqton səfərin 14-15 may tarixlərində reallaşacağını bildirmişdi.

Bu, ABŞ-ın hazırkı administrasiya rəhbərinin 2017-ci ildən bəri Çinə ilk rəsmi səfəri olacaq.

Seçilən
31
6
publika.az

5Mənbələr