AZ

ChatGPT ilə yazışanlara xəbərdarlıq Etməzdən əvvəl iki dəfə düşünün

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bir vaxtlar “telefon bizi dinləyir” deyəndə hamı gülürdü. İndi isə məsələ daha ciddidir. Çünki artıq süni intellekt sadəcə sizi dinləmir, sizi analiz edir. Hətta xarakterinizi belə.Demokrat.az xəbər verir ki, İsveçrənin nüfuzlu ali məktəblərindən olan ETH Zurich-in araşdırması göstərib ki, süni intellekt istifadəçilərin yazışmalarına baxaraq onların şəxsiyyət xüsusiyyətlərini müəyyən edə bilir. Həm də kifayət qədər yüksək dəqiqliklə.Araşdırma çərçivəsində ABŞ və Böyük Britaniyadan olan 668 “ChatGPT” istifadəçisinin yazışmaları incələnib. Ümumilikdə 62 mindən çox söhbət süni intellekt tərəfindən analiz olunub. Məqsəd isə insanların necə biri olduğunu yazdıqları cümlələrdən anlamaq olub.Nəticə? Süni intellekt insanların emosional sabitliyini, nə qədər ünsiyyətcil və ya nə qədər anlayışlı olduğunu 61 faizə qədər dəqiqliklə təxmin edə bilib.Ən maraqlısı isə budur: siz nə qədər çox yazırsınızsa, sistem sizi bir o qədər yaxşı “tanıyır”.Yəni bir müddət sonra süni intellekt sizin:– hansı mövzularda həssas olduğunuzu,

– nəyə əsəbiləşdiyinizi,

– hansı xəbərlərə daha tez inandığınızı,

– hansı reklama klikləyəcəyinizi belə anlaya bilər.Bu isə artıq texnologiya məsələsi deyil. Bu, təhlükəsizlik məsələsidir.Tədqiqatçılar bildirirlər ki, bu məlumatlar yanlış insanların əlinə keçərsə, böyük manipulyasiya kampaniyalarına səbəb ola bilər. İnsanların psixologiyasını analiz edib onları yönləndirmək, siyasi təbliğat aparmaq, hətta yalan xəbərləri hədəfli şəkildə yaymaq mümkündür.Bir sözlə, süni intellektlə etdiyiniz hər söhbət sadəcə “çat” deyil. O, sizin rəqəmsal xarakter dosyenizə çevrilə bilər.Əlbəttə, texnologiya həyatımızı asanlaşdırır. Amma görünür, rahatlığın bir bədəli də var: məxfiliyimiz.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr