AZ

Senator Kelli: İranla müharibədə ABŞ-nin silah ehtiyatları kəskin azalıb

ABŞ-nin İranla müharibə zamanı sursat ehtiyatları əhəmiyyətli dərəcədə azalıb.

Azreform.info xəbər verir ki, bunu Arizona ştatından Demokrat senator Mark Kelli “CBS News”ə müsahibədə Tramp administrasiyasının münaqişə ilə bağlı Konqresdən əlavə maliyyələşdirmək niyyətini şərh edərkən deyib.

Senator bildirib ki, bu, ölkənin təhlükəsizliyini, eyni zamanda Çinlə potensial qarşıdurma da daxil olmaqla, gələcəkdə baş verə biləcək münaqişələrə hazırlığını zəiflədir.
Kelli həmçinin administrasiyanın təxminən 1,5 trilyon dollarlıq müdafiə büdcəsini tənqid edərək hərbi xərclərin mövcud strateji reallıqlarla uyğun gəlməli olduğunu vurğulayıb.

2027-ci maliyyə ili üçün təklif olunan büdcədə müdafiə xərclərinin 2026-cı il səviyyəsi ilə müqayisədə 42% artacağı proqnozlaşdırılır. Senatorun sözlərinə görə, cəmi bir neçə il əvvəl ABŞ-ın müdafiə büdcəsi 700 milyard dollardan bir qədər çox idi, lakin indi bu məbləğ ikiqat artmaqdadır və dünyanın qalan hissəsinin ümumi hərbi xərcləri ilə müqayisə edilə bilər.
O, həmçinin büdcəyə daxil olan təşəbbüsləri, o cümlədən "Qızıl Günbəz" kosmik raketdən müdafiə proqramını tənqid edərək, onun texniki tətbiqinin olduqca mürəkkəb olduğunu və zəmanətli nəticə olmadan əhəmiyyətli xərclərə səbəb ola biləcəyini qeyd edib.

Mürtəza

Seçilən
10
50
azreform.info

10Mənbələr