16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu - üçüncü oyununa çıxacaq.
"Cebheinfo.az" xəbər verir ki, komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gələcək.
Binə stadionunda baş tutacaq matç saat 12-də start götürəcək.
Xatırladaq ki, millimiz əvvəlki qarşılaşmalarda Litva (1:4) və Rumıniyaya (1:7) məğlub olub.
"Cebheinfo.az"