AZ

Verdikləri sözü tutub ABŞ də Nəriman Axundzadəyə ləvəngi yedizdirdilər VİDEO

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

ABŞ-nin “Kolumbus Kryu” futbol komandasının azarkeşləri azərbaycanlı oyunçu Nəriman Axundzadəyə verdikləri sözü tutublar.

Ölkə.Az xəbər verir ki, əvvəlki oyunlardan birində “sənin üçün bir qazan ləvəngi bişirmişik” deyən azakeşlər sonradan Nərimanla bir araya gəlib.

Həmin anları videoya çəkən azarkeşlər N.Axundzadəyə ləvəngi yedizdiriblər.

“Sırf sənin üçün Lənkəran ləvəngisi ABŞ-də. Necədir? Bir qazan ləvəngi. Biz sözümüzü tutduq. Tam rahat ola bilərsiniz. Bütün futbol ictimaiyyəti rahat olsun", - deyə azarkeşlər söyləyib.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə "Qarabağ"dan “Kolombus Kryu” klubuna keçib. O, 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
olke.az

3Mənbələr