AZ

Liftə minən kuryer həyatının ŞOKunu yaşadı VİDEO

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sosial şəbəkələrdə yayılan maraqlı görüntü geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, kuryer sifarişi ünvana çatdırmaq üçün binaya daxil olarkən qarşılaşdığı lift onu sözün əsl mənasında şoka salıb. Videoda liftin olduqca dar olduğu, demək olar ki, yalnız bir nəfərin güclə sığa bildiyi aydın görünür.

Kuryer liftə minərkən təəccübünü gizlədə bilmir. Onun reaksiyası və söylədiyi fikirlər izləyicilərin diqqətini çəkib. Görüntülərdən məlum olur ki, kuryer bu cür dar liftlə ilk dəfə qarşılaşır və vəziyyəti maraqla lentə alır.

Video qısa müddətdə sosial şəbəkələrdə yayılaraq istifadəçilər arasında müzakirə mövzusuna çevrilib. Bəzi izləyicilər bunu köhnə tikililərdə rast gəlinən adi hal kimi qiymətləndirsə də, digərləri liftin ölçülərinin təhlükəsizlik baxımından uyğun olmadığını bildiriblər.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
news.milli.az

10Mənbələr