Ötən il Brüsselin ictimai nəqliyyat operatoru STIB/MIVB vandalizm nəticəsində 4 milyon avrodan çox maliyyə zərəri ilə üzləşib.
Hafta.az xəbər verir ki, bu barədə Belçika mediası yazıb. Məlumata görə, zərərin böyük hissəsi metro infrastrukturu ilə bağlı olub.
Yeraltı stansiyalar və avadanlıqlara dəyən ziyan təxminən 2,3 milyon avro təşkil edib ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Ən çox zərər eskalatorlara, giriş turniketlərinə və yanğın təhlükəsizliyi avadanlıqlarına vurulub. Qrafitilərin təmizlənməsi xərcləri də artaraq 162 min avroya çatıb.
Brüssel rəsmiləri vandalizmə qarşı mübarizəni gücləndirmək üçün əlavə təhlükəsizlik əməkdaşlarının cəlb olunacağını və müşahidə kameralarının quraşdırılacağını bildiriblər. Yerli siyasətçilər isə bu vəsaitin nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına yönəldilə biləcəyini qeyd edirlər.