AZ

Gecələrin sirli canlıları: 20 min yarasa eyni mağarada necə yaşayır? - VİDEO

Yarasalar haqqında maraqlı məlumatları və qəribə faktları bir araya gətirdiyimiz bu videoda, uçan yeganə məməli heyvanın diqqətçəkən dünyasına yaxından nəzər salırıq.

Fiziki ölçüləri kiçik olsa da, yarasalar Yer üzündəki məməli canlıların dörddəbirini təşkil edəcək qədər böyük populyasiyaya malikdir.

Dünyanın ən böyük yarasa mağarası Texas ştatında yerləşir. Braken yarasa mağarasında 20 mindən çox yarasa yaşayır. Onlar mağaradan toplu halda çıxanda olduqca qorxuducu və maraqlı mənzərə yaranır. Buradakı yarasalar bir gecədə təxminən 200 tona yaxın həşərat yeyə bilir. 

Yarasalar başıaşağı vəziyyətdə yatırlar. Gündüz saatlarında dincələn bu heyvanlar gecə aktivləşir. Bütün gecə mağaralarında gəzib qidalanır və su içirlər. İlk qidalanmadan sonra bir qədər dincəlir, daha sonra yenidən ov etməyə başlayırlar. 

Kiçik bir yarasa koloniyası ildə bir tondan artıq həşərat məhv edir. Yarasa növləri fərqli qidalanma xüsusiyyətlərinə malikdir. Əksəriyyəti həşəratlarla qidalansa da, meyvə və qanla qidalanan növlər də var. Bəzi yarasalar isə qurbağa, kərtənkələ və hətta quş yeyirlər. 

Yarasalar fermerlərə hər il milyonlarla dollar qənaət etməyə kömək edir. Təkcə yazda əkilən xiyarda olan həşəratları  yeyərək əkinçiləri əlavə pestisid xərclərindən xilas edir. Bu da təxminən 33 milyon həşərat sürfəsini istehlak etdikləri  mənasına gəlir.

Qanla qidalanan vampir yarasalar quduzluq virusu daşıyıcısı olduqda insanlara yoluxdura bilər. Bu yarasalar əsasən maral, at və mal-qara qanı ilə qidalanır, insanlara isə nadir hallarda hücum edirlər. Dişləmə birbaşa ciddi zərər verməsə də, müxtəlif virus və parazitlərin ötürülməsinə səbəb ola bilər. 

Araşdırmalara görə, yarasalar bir insanı dişlədikdən sonra onu yenidən tanıya bilirlər. Tədqiqatçılar hesab edir ki, onlar insanları nəfəs yolu ilə ayırd edə bilir. 

Yarasalarda görmə qabiliyyəti zəif hesab olunsa da, onlar tam kor deyillər. Əksinə, bəzi növlər kifayət qədər yaxşı görür və ultrabənövşəyi şüaları belə hiss edə bilir. Onlar ağız və ya burun vasitəsilə ultrasəs siqnalları yayaraq ətrafı müəyyən edir və ovlarını tapırlar.

Həmidə İbrahimova

Seçilən
14
2
hakimiyyet.az

3Mənbələr