AZ

Real Madrid üçün mövsüm başa çatdı Arbeloa

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya La Liqasının 35-ci turunda keçirilən "El Klasiko"da "Real Madrid" əzəli rəqibi "Barselona"ya məğlub olub.

Fanat.Az xəbər verir ki, paytaxt nəhənginin baş məşqçisi Alvaro Arbeloa 0:2 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bildirib.

"Marca" onun dediklərini belə təqdim edib: 

"La Liqada qalib gəldiyi üçün "Barselona"nı təbrik edirəm. İndi çox danışmağa ehtiyac yoxdur, çünki hər kəsin məyusluğunu başa düşürük. Yalnız gələcəyə baxıb bu il səhv etdiyimiz şeylərdən dərs çıxara bilərik. "Real" həmişə geri qayıdır, baxmayaraq ki, azarkeşlərimizin qəzəbini də başa düşürəm.

Mövsüm bu gün bizim üçün başa çatdı. Futbol dünyasında hamımızın təmsil etdiyimizdən daha böyük bir şeyi - "Real Madrid"in loqosunu müdafiə edirik. Bu uğursuzluqlardan həqiqətən də incidiyimizi göstərməliyik. Klubun gələcəyini hazırda təhlil etməyim lazım deyil, amma birlikdə bir addım atmalı və bundan sonra nə etməli olduğumuz barədə dəqiq bir təsəvvürə sahib olmalıyıq.

Mənim üçün bu, bir başlanğıc nöqtəsi və dərs olacaq. "Barsa"ya qarşı oynaya və hətta onlara uduza bilərsiniz, amma La Liqadakı digər komandalara yox. Yaxın günlərdə klubdakılarla söhbətimiz olacaq. Amma istəyirəm ki, komanda mövsümü güclü şəkildə başa vursun və son üç matçda rahatlamasın. Səylərimi buna yönəldəcəyəm. Dəqiqələrdən doymayan oyunçulara şans vermək fikrindəyəm.

Mbappe? Oynamağına iki həftə qalıb və bu mövsüm meydana çıxa bilib-bilməyəcəyini anlamaq üçün onun əzələ probleminin necə inkişaf edəcəyini görməliyik".

Növbəti turda "Real Madrid" "Real Ovyedo"nu qəbul edəcək.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
fanat.az

2Mənbələr