“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu dəfə sosial şəbəkələrdə yayılan görüntülərə görə müzakirə mövzusu olub.
Turkustan.az milliaz-a istinadən xəbər verir ki, baş məşqçi ilə xatirə şəkli çəkdirmək istəyən azyaşlı azarkeşin istəyi baş tutmayıb. Yayılan kadrlarda uşağın Qurban Qurbanova yaxınlaşmağa çalışdığı, lakin ətrafdakı mühafizəçi tərəfindən geri çəkildiyi görünür.
Sosial şəbəkə istifadəçilərinin diqqətini isə daha çox baş məşqçinin hadisəyə münasibət bildirməməsi çəkib. Bir çox izləyici Qurban Qurbanovun uşağın istəyinə reaksiya verməməsini tənqid edib.
Görüntülər qısa zamanda yayılaraq futbolsevərlər arasında geniş müzakirələrə səbəb olub.