İstanbuldan Katmanduya uçan Türk Hava Yollarına məxsus təyyarə Nepalın paytaxtı Tribhuvan Beynəlxalq Hava Limanına eniş edərkən alovlanıb.
Musavat.com xəbər verir ki, məlumatı Nepal News agentliyi hava limanı administrasiyasına istinadən yayıb.
Eniş zamanı şassi təkərlərindən biri yanıb. Sosial mediada yerləşdirilən videoda təyyarənin uçuş-enmə zolağına doğru hərəkət edərkən şassidən alov və tüstü çıxdığı görünür.
Təyyarədə 11 ekipaj üzvü də daxil olmaqla 284 ilə 289 arasında insan olub. Hamısı təcili çıxışlar vasitəsilə təxliyə edilib; xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma başlanıb.
Musavat.com