AZ

Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir

2026-cı ilin yanvar-mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı azalıb.
BUTA.TV Valyuta.az-a istinadla xəbər verir ki, cari ilin ilk 3 ayında xaricə səfər edən işsiz şəxslərin sayı 887 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 nəfər və ya 2,95% azdır. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında bu kateqoriya üzrə xaricə səfər edənlərin sayı 914 nəfər olub. İşsiz Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr arasında Gürcüstan və Rusiya ilk sıralarda yer alıb: Gürcüstan - 404 nəfər Rusiya Federasiyası - 173 nəfər Çin - 56 nəfər Birləşmiş Ərəb Əmirlikləri - 30 nəfər Moldova - 25 nəfər Özbəkistan - 23 nəfər Belarus - 17 nəfər Polşa - 17 nəfər İran - 14 nəfər Avstriya - 10 nəfər Hindistan - 7 nəfər İsrail - 3 nəfər

Niderland - 1 nəfər.

Seçilən
0
5
buta.tv

6Mənbələr