AZ

Ermənistanın Avropa İttifaqına yaxınlaşması dəstəklənəcək - Aİ

Genişlənmə üzrə Avropa komissarı Marta Kos bildirib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar Brüssel tərəfindən dəstəklənəcək.

Redaktor.az xəbər verir ki, bu açıqlama RİA Novosti tərəfindən yayımlanıb.

Marta Kos qeyd edib ki, may ayının əvvəlində keçirilən Ermənistan–Avropa İttifaqı sammiti Yerevanın Avropa yönümlü kursunu aydın şəkildə nümayiş etdirib və Aİ bu istiqamətdə əməkdaşlığı genişləndirməyə hazırdır.

Mayın 5-də Yerevanda ilk dəfə Ermənistan–Aİ ikitərəfli sammiti keçirilib. Görüşün nəticəsi olaraq tərəflər 44 bənddən ibarət birgə bəyannamə imzalayıblar. Sənəddə Ermənistan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsi “tarixi mərhələ” kimi qiymətləndirilib.

Bununla yanaşı, Kreml Ermənistanın “iki stulda oturmağa” çalışdığını bildirərək bu prosesə ehtiyatlı yanaşma sərgiləyib.

Analitiklər hesab edirlər ki, İrəvanın Avropa ilə yaxınlaşması Cənubi Qafqazda geosiyasi balansı daha da mürəkkəbləşdirə bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
33
1
redaktor.az

2Mənbələr