Texnologiya bazarında uzun illərdir hökm sürən "yenisi gəldi, köhnəsi zibilə" fəlsəfəsi artıq öz yerini gözlənilməz iqtisadi intibaha buraxır. Bir vaxtlar texnoloji tullantı və ya sadəcə kolleksiya predmeti sayılan köhnə nəsil smartfonlar bu gün qlobal bazarda strateji xammal kimi yenidən qiymətə minir. Bu dəyər artımı sadəcə nostalgiyadan qaynaqlanmır. Prosesin mərkəzində dünya sənayesini iflic edən qlobal komponent çatışmazlığı dayanır. Xüsusilə mikroçiplərin və nadir torpaq elementlərinin istehsalındakı çətinliklər, istehsalçıları və təmir şəbəkələrini "köhnə ehtiyatlara" üz tutmağa məcbur edir. Beləliklə, çəkməcələrdə unudulmuş on illik telefonlar, tərkibindəki qiymətli metallar və hələ də işlək olan hissələri sayəsində qızıl qədər dəyərli aktivə çevrilir. Texnologiya nəhənglərinin tədarük zənciri strategiyalarını kökündən dəyişməli olduqlarını bir daha sübut edir. Artıq smartfonlar sadəcə rabitə vasitəsi deyil, həm də qlobal xammal böhranına qarşı sığorta aləti kimi çıxış edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta