AZ

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

Bakı, 11 may, AZƏRTAC

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.

Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.

Seçilən
1
34
azertag.az

10Mənbələr