AZ

İşsiz azərbaycanlıların ən çox üz tutduğu ölkələr məlum oldu

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda iş tapa bilməyən şəxslərin turizm məqsədilə xarici ölkələrə səfərlərində azalma müşahidə olunur. Cari ilin ilk üç ayı ərzində xaricə gedən işsiz vətəndaşların sayı 887 nəfər təşkil edib.Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 faiz azdır.İşsiz şəxslərin ən çox səfər etdiyi ölkələrin siyahısına Gürcüstan və Rusiya başçılıq edir. Statistikaya əsasən 404 nəfər Gürcüstana, 173 nəfər isə Rusiya Federasiyasına yollanıb. Siyahıda sonrakı yerləri Çin, Birləşmiş Ərəb Əmirlikləri və Moldova tutur.Digər istiqamətlər arasında Özbəkistan, Belarus, Polşa və İran kimi ölkələr də var. Ən az müraciət edilən ölkələr isə Hindistan, İsrail və Niderland olub.(valyuta.az)Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr