AZ

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
1
19
herbiand.az

10Mənbələr