AZ

Sibiqa Gürcüstanla münasibətlərdə yeni səhifə açmaq niyyətində olduğunu bildirib

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Gürcüstanla münasibətlərin bərpasına ümid edir və konstruktiv dialoqu davam etdirməyə hazırdır.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı Xarici İşlər Şurasının Brüsseldəki iclasından əvvəl bildirib.

"Biz gürcü tərəfdaşlarımızla yeni səhifə açmaq istəyirik", - Sibiqa deyib.

Onun sözlərinə görə, iki ölkə liderlərinin İrəvandakı son görüşü tarixi olub və "yaxşı fikir mübadiləsi" aparmağa imkan verib.

"Biz bu konstruktiv dialoqu davam etdirməyə hazırıq. Yaxın vaxtlarda Moldovada Gürcüstandan olan həmkarımla görüşüm olacaq", - ukraynalı nazir qeyd edib.

Sibiqa əlavə edib ki, Kiyev "ikitərəfli münasibətlərin diplomatik xəttini lazımi şəkildə qurmaq" niyyətindədir.

"Xalqlarımız, cəmiyyətlərimiz buna layiqdir. Bəli, ikitərəfli gündəlikdə bəzi həssas məsələlərimiz var, amma biz irəliləməyə hazırıq", - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
sherg.az

2Mənbələr