AZ

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

ain.az bildirir, Bizim media portalına istinadən.

Ağdamda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.Bizim.Media xəbər verir ki, Ağdam rayonu Çuxurməhlə kəndinin ərazisində Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü İsmayıl Abdulla oğlu Abbasovun idarə etdiyi VAZ-2106 markalı və Ağdam rayon sakini 1983-cü il təvəllüdlü Sadiq Rəfail oğlu Cəfərovun idarə etdiyi "Hyundai" toqquşub.

 

İ.Abbasov, sərnişinləri Ağdam rayon sakinləri - 1990-cı il təvəllüdlü Faiq Xanqulu oğlu Mehdiyev, 1989-cu il təvəllüdlü Saday Yaqub oğlu Qəhrəmanov, 2002-ci il təvəllüdlü Ruslan Ramiz oğlu Novruzov hadisə yerində ölüblər. 2005-ci il təvəllüdlü İsmayıl Zaur oğlu Xəlilzadə və S.Cəfərov xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Araşdırmalar rayon polis şöbəsində aparılır. Qeyd edək ki, ötən gün Ağdamda ölümlə nəticələnən avtomobil qəzası baş verib. (Oxu.az)Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
3
bizim.media

6Mənbələr