AZ

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Güneyli insan haqları fəalı və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda bazar günü girov müqabilində həbsxanadan zaminə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
 

Məlumata görə, Nərgiz Məhəmmədinin fondundan bildirilib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra “şərti cəza və ağır girov müqabilində” azadlığa buraxılıb və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.


Onun tərəfdarları daha əvvəl Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini və həyatının təhlükədə olduğunu bildirmişdilər.

“Nərgiz Məhəmmədinin həyatı təhlükədədir,” – deyə onun həyat yoldaşı Tağı Rəhmani açıqlama verib.

Bizim.Media

Seçilən
0
9
bizim.media

10Mənbələr