AZ

Əvvəl işlədikləri yerdən 539 metr naqil oğurladılar

Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda elektrik naqilini oğurlayıblar. Zərərçəkənə dəyən maddi ziyanın miqdarı 7000 manatdır.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən olunaraq saxlanılıblar.

Seçilən
10
2
publika.az

10Mənbələr