AZ

“Müctəba Xameneyi sağdır, amma...” Netanyahu

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

İsrailin Baş naziri Benyamin Netanyahu "CBS" telekanalının “60 Minutes” verilişinə müsahibəsində İranın ali rəhbəri Müctəba Xameneyinin vəziyyəti ilə bağlı sualı cavablandırıb.

Netanyahu bildirib ki, onun fikrincə Müctəba Xameneyi sağdır, ancaq vəziyyəti barədə dəqiq məlumat vermək çətindir.

“Əgər sağ olub-olmadığını soruşursunuzsa, bəli, düşünürəm ki, sağdır. Ancaq onun vəziyyətinin nə olduğunu demək çətindir. O, gizlənir və güc, nüfuz qazanmağa çalışır, amma heç vaxt atasının gücünə və təsirinə sahib olmayacaq”, – deyə Netanyahu bildirib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
3
azpolitika.info

4Mənbələr