Bizon Azərbaycan Kubokunun 2025/26 mövsümünün baş tutan 38 oyununu 41 min 895 tamaşaçı izləyib.
Apasport.az xəbər verir ki, bu, son 10 mövsümdə ən yüksək göstəricidir.
Orta göstərici isə 1102-yə bərabərdir. Bu, indiki formatda – bütün klubların qatıldığı, təsnifat mərhələlərinin təşkil olunduğu və 39 matçdan ibarət mövsümlər üçün rekord göstəricidir. Bu formata ardıcıl 3-cü dəfə üstünlük verilir.
Azərbaycan Kuboku 18-ci dəfə PFL-in bayrağı altında təşkil olunub. 2008-ci ildən indiyədək olan dövrdə 465 matç təşkil olunub. Onlardan biri baş tutmayıb, biri yarımçıq dayandırılıb.
Bu qarşılaşmaları 695 min 272 tamaşaçı izləyib. Finaldan sonra bu rəqəm 700 mini keçə bilər.
Tamaşaçısız keçirilən 2020/21 mövsümünün qarşılaşmaları və baş tutmayan matç nəzərə alınmamaqla orta göstərici 1555-ə bərabər olub.
Orta tamaşaçı sayında 2010/11 mövsümü rekordla əlamətdar olub – 3369.
mövsüm
oyun
tamaşaçı
orta
2008/09
33
39250
1189
2009/10
37
72300
1954
2010/11
27
90950
3369
2011/12
26*
41100
1581
2012/13
26
55950
2152
2013/14
25
68050
2722
2014/15
23**
22350
1016
2015/16
24
54246
2260
2016/17
23
39700
1726
2017/18
23
25456
1107
2018/19
17
21400
1259
2019/20
12
6130
511
2020/21
17
-
-
2021/22
17
16880
993
2022/23
19
31980
1683
2023/24
39
33842
868
2024/25
39
33793
866
2025/26
38
41895
1102
465
695272
1555
yarımçıq dayandırılan “İnter” – “Turan” oyunu və tamaşaçı sayı nəzərə alınıb.
Baş tutmayan “Xəzər Lənkəran” – “Araz-Naxçıvan” matçı, həmçinin tamaşaçısız keçirilən mövsümün görüşləri oyun sayında nəzərə alınıb, orta göstəricilərdə hesablanmayıb.
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
Millimiz Gürcüstanla qarşılaşacaq
Vernidub: "Neftçi"yə layiq oyun nümayiş etdirməyə çalışırıq”
Ayxan Abbasov: “Millidə bizi ağır yol gözləyir”
“Neftçi” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB