AZ

Şəmkirdə manqalı yandıran zaman yanıq xəsarətləri alan 23 yaşlı oğlan ölüb

Şəmkirdə manqalı yandıran zaman benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alan şəxs ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayon sakini 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-ü ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
56
9
far.az

10Mənbələr