Bəzi satıcılar malın zəmanət müddəti ilə bağlı istehlakçıları aldadır.
Publika.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.
Vəkil bildirib ki, malda qüsur olduqda və o satıcı tərəfindən təmirə göndərildikdə, məsələn, mal təmirdə 2 ay qalıbsa, həmin 2 aylıq müddəti də zəmanət müddətinə daxil edirlər:
“Bu tamamilə qanunsuzdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 6.4-cü bəndinə əsasən zəmanətli təmir aparılarkən malın zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Bu o deməkdir ki, əgər mal 2 ay təmirdə qalıbsa, zəmanət müddəti 1 il deyil, 1 il 2 ay olacaq”.