Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.
aia.az xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M. Aı yaşadığı Tərtər şəhərindən yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb.
Faktla bağlı rayon prokurorluğundan araşdırmalar aparılır.