Mayın 8-də Mahir Emreli uzun fasilədən sonra, nəhayət, yaşıl meydana çıxmaq imkanı qazanıb. O, “Kayzerslautern”in “Arminiya”nı 2:0 hesabıyla məğlub etdiyi oyunun 65-ci dəqiqəsində Bassettenin əvəzinə meydana çıxıb. Onda hesab 2:0 idi, artıq oyunun taleyi həll olunmuşdu. Bununla belə…
Mahir 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Meydanda olduğu müddətdə qapıya zərbə vurmayıb. 9 ötürməsindən 7-si dəqiq alınıb. Top 13 dəfə Mahirə gəlib. Bunu iki dəfə də rəqib cərimə meydançasında bacarıb. 4 təkbətək mübarizədən qalıb ayrılan həmvətənimiz iki dəfə sürətli reyd etməyə çalışıb, biri dəqiq olub.
“Kayzerslautern” 49 xalla 6-cı pillədə qərarlaşıb.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta