AZ

Gürcüstan-Ukrayna münasibətləri normallaşır

BAKI, 11 may. TELEQRAF

“Gürcüstanla yeni səhifə açmaq istəyirik, İrəvanda liderlərimiz arasında tarixi görüş, yaxşı fikir mübadiləsi oldu. Belə bir konstruktiv dialoqu davam etdirməyə hazırıq”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

“Tezliklə Moldovada gürcüstanlı həmkarım Maka Boçorişvili ilə görüşəcəyəm. İkitərəfli münasibətlərin diplomatik kursunu müvafiq şəkildə tənzimləmək istəyirik. Xalqımız, cəmiyyətlərimiz buna layiqdir. Bəli, ikitərəfli gündəliyimizdə bir neçə həssas məsələ var, amma irəliləməyə hazırıq”, - Sibiqa bildirib.

Xatırladaq ki, Tbilisi-Kiyev münasibətləri 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra pisləşib.

Seçilən
12
teleqraf.com

1Mənbələr