"Ölkə Az" “politico”ya istinadən xəbər verir ki, Brüssel bu vasitə ilə Kremlin ən vacib gəlir mənbələrindən birini kəsməyə və Putinə Ukrayna üçün istənilən sülh müqaviləsində maksimalist tələblərindən imtina etməsi üçün təzyiqi artırmağı düşünür.
İyunun sonu və ya iyulun əvvəlində tətbiq edilməsi ehtimal olunan 21-ci sanksiyalar paketinin Rusiya banklarını, maliyyə qurumlarını və hərbi-sənaye şirkətlərini, eləcə də oğurlanmış Ukrayna taxılını satan firmaları hədəf alacağı gözlənilir.
Avropa İttifaqı bunu həm də, Macarıstanın keçmiş Baş naziri Viktor Orban tərəfindən əvvəllər bloklanmış sanksiyalarla irəliləmək üçün bir fürsət görürlər.
Brüsseldəkilər hesab edir ki, Rusiya iqtisadiyyatı Ukrayna ilə müharibə başlayandan bəri ən pis vəziyyətdədir və ona görə də indi daha çox iş görməyin vaxtıdır.
Rusiya "statik inflyasiya şokundan" əziyyət çəkir.
Rusiyanın iqtisadi cəhətdən üzləşdiyi vəziyyəti dəyərləndirən Brüssel hesab edir ki, təzyiqlər öz bəhrəsini verə və Kremli Kiyevlə sülhə məcbur edə bilər.
Mürtəza