AZ

Azərbaycan filmləri Türkiyə universitetlərində nümayiş etdirilir

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə keçirilən Azərbaycan Kino Günləri çərçivəsində Bursa şəhərinin Mudanya Universitetində “Zəfər Rəqsi” və “Oriondan Sevgilərlə” qısametrajlı filmlərinin nümayişi olub. Tamaşaçılar arasında universitetin rektoru, professor Ahmet Kesik, ali təhsil müəssisəsinin akademik heyəti, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, film heyəti və çoxsaylı mədəniyyət-incəsənət xadimləri yer alıblar.

Hafta.az xəbər verir ki, nümayişdən əvvəl Mudanya Universitetinin prorektoru Serdar Kipdemir, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Zəfər Rəqsi” filminin prodüseri Şəfəq Mehraliyeva çıxış ediblər.

Natiqlər Azərbaycanın zəngin mədəniyyətinin Türkiyədə tanıdılmasının əhəmiyyətini vurğulayıb, mədəniyyət və incəsənətin iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər. Xüsusilə Türkiyənin önəmli mədəniyyət mərkəzlərindən olan Bursa şəhərində Azərbaycan filmlərinin nümayişinin mədəni əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

Azərbaycanın Qarabağ Zəfərinin beşilliyinə həsr edilən “Zəfər rəqsi” filmi elmi-fantastika və dram janrlarını özündə birləşdirir. “Oriondan Sevgilərlə” filmi isə Azərbaycan kinosunun janr müxtəlifliyini nümayiş etdirir.

Hər iki film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, filmlərimiz İzmir universitetlərində də nümayiş etdirilib.

Seçilən
23
4
hafta.az

5Mənbələr