AZ

İntensiv yağış, sel - Hava xəbərdarlığı

İntensiv
Mayın 12-14-də əsasən günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Seçilən
1
49
1news.az

10Mənbələr