İsrailin baş naziri Benjamin Netanyahu maraqlı və mübahisəli açıqlama ilə çıxış edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Netanyahu CBS News telekanalına müsahibəsində İranda bəzi küçələrin guya onun şərəfinə adlandırıldığını iddia edib.
“İranda mənim şərəfimə küçələrə ad verirlər. Siz bunu bilirsiniz?. Hətta bəzi iranlılar məni gənclikdən istifadə olunan məşhur ləqəbi ilə – “əziz Bibi” adlandırırlar”,-deyə Netanyahu bildirib.
O həmçinin iddia edib ki, İranda ABŞ prezidenti Donald Trump-ın adı ilə bağlı da oxşar simvolik jestlər edilir.
Netanyahunun sözlərinə görə, bu münasibət onların İran hakimiyyətinə qarşı sərt siyasi mövqeyi ilə əlaqədardır.
Bununla belə, İsrail baş nazirinin səsləndirdiyi bu iddialarla bağlı İrandan hər hansı rəsmi təsdiq verilməyib.
Musavat.com