AZ

Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA

"Atamın vəziyyəti yaxşıdır, artıq özü durub gəzə bilir".
 
Moderator.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Xalq artisti Akif İslamzadənin oğlu Ayxan İslamzadə deyib.
 
O qeyd edib ki, evə nə zaman buraxılacağı ilə bağlı həkimlər bu gün qərar verəcəklər.
 
"Həkimlər əllərindən gələni edirlər. Özüm gündə iki dəfə yanında oluram - həm səhər, həm axşam. Bu gün də özü durub gəzir. Çox güman ki, bu gün axşam, yaxud sabah Akif müəllim evə qayıdacaq", - deyə A.İslamzadə bildirib.
 
Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.
 
Seçilən
32
5
moderator.az

6Mənbələr