AZ

Sabahdan güclü yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mayın 12-14-də əsasən günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı gözlənilir.
 
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
 
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
 
Seçilən
3
49
moderator.az

10Mənbələr