AZ

“Bakı Xankəndi” veloyürüşünün ikinci mərhələsinin qalibi: “Məqsədimiz komandamızın qalib gəlməsi idi”

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanda keçirilən “Bakı-Xankəndi” beynəlxalq veloyürüşünün ikinci mərhələsinin qalibi olan qazaxıstanlı Yevgeniy Fedorov yarışdan sonra fikirlərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, “Astana” komandasının üzvü mərhələnin kifayət qədər gərgin keçdiyini bildirib.

Velosipedçi yarışın əvvəlindən yüksək tempin hiss olunduğunu vurğulayıb:

“Bütün təşkilatçılara təşəkkür edirəm. Yarışın əvvəlində ciddi aktivlik var idi. Komandamız üçün əsas məqsəd üzvlərdən birinin qalib olması idi. Mənim birinci yeri tutmağım o qədər də vacib deyildi”.

Fedorov ikinci mərhələdə onu ən çox yoxuşların çətinlik qarşısında qoyduğunu da qeyd edib. Qazaxıstanlı idmançı qarşıdakı mərhələlərdə də mübarizəni davam etdirəcəyini əlavə edib.

Qeyd edək ki, yarışın Bakı-Sumqayıt istiqamətində keçirilən ilk mərhələsində Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko finiş xəttini birinci keçib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Araz Xəlilli

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
icma.az

1Mənbələr