AZ

Netanyahunun məhkəmə iclası təxirə salınıb

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İsrailin Baş naziri Binyamin Netanyahunun korrupsiya işi üzrə məhkəmə iclasları onun xahişi ilə 11 may tarixində üç saat yarım təxirə salınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli KİV-lər məhkəmə prosesini izləyən mənbələrə istinadla məlumat verib.

Davam edən cinayət işi çərçivəsində baş nazir bir neçə saxtakarlıq, etimadın sui-istifadəsi və korrupsiya faktları ilə bağlı ifadə verir.

İclasın təxirə salınma qərarının Netanyahunun sıx iş qrafiki və fövqəladə dövlət müşavirələrində iştirak ehtiyacı ilə əlaqədar oluğu üçün verildiyi bildirilir.

Gözlənilir ki, günün ikinci yarısında Netanyahu yüksək vəzifəli təhlükəsizlik orqanları və müdafiə blokunun rəhbərləri ilə görüşəcək. Görüşdə əsas mövzu milli təhlükəsizlik məsələləri və regiondakı mövcud operativ vəziyyət olacaq.

İsrail mənbələri qeyd edirlər ki, müşavirə atəşkəs rejimi ətrafındakı gərginlik və ölkə üçün strateji əhəmiyyət kəsb edən bir neçə istiqamətdə vəziyyət fonunda keçiriləcək.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
icma.az

1Mənbələr