AZ

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Azərbaycan xam neftini daşıyan tanker yaxın günlərdə Yaponiyaya çatacaq.

“Reuters“ xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən bildirilib.

“Azərbaycan xam neftini daşıyan tanker ən tez çərşənbə axşamı limana çata bilər”, - nazirliyin bugünkü məlumatında deyilir.

Məlumata görə, bu, fevral ayında İran müharibəsi başlayandan bəri Mərkəzi Asiyadan Yaponiyaya göndərilən ilk neft partiyası olacaq.

Nazirlikdən bildiriblər ki, bu tədarük ölkənin enerji təhlükəsizliyi baxımından mühüm dönüş nöqtəsidir və enerji mənbələrinin şaxələndirilməsi strategiyasının bir hissəsidir.

Seçilən
18
7
aznews.az

8Mənbələr