AZ

Ukrayna ABŞ da liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə edib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kiyev ABŞ-da müharibənin yekunlaşdırılması üçün liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun ABŞ-da keçirdiyi görüşlərin nəticələrinə həsr olunmuş paylaşımında Zelenski yaxınlarda əsirlərin mübadiləsinin mümkün ola biləcəyin qeyd edib.

“Əsas məqam ondan ibarətdir ki, ABŞ diplomatik prosesdə qalır və xüsusilə əsirlərin mübadiləsi məsələsində vasitəçi rolunu oynayır. Müvafiq səviyyədə əlaqələr davam edir ki, mübadilə razılaşmasının formatı uzlaşdırılsın. Siyahılar təqdim edilib və Ukrayna tərəfi ABŞ-ın bu razılaşmanın icrasında aktiv rol oynayacağını gözləyir”, - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
4
apa.az

5Mənbələr