BAKI, 11 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında seçim etmək barədə açıqlamalarına cavab verib.
“Rusiya Prezidenti ilə işçi səviyyədə bu barədə müzakirə aparmışıq, əvvəllər də açıq şəkildə bəyan etdiklərimi təkrarladım: de-yure və de-fakto seçim etməyə ehtiyac qalmayana qədər belə bir məsələni gündəmə gətirməyəcəyik”, - o bildirib.
Paşinyan Putinin “boşanma” ifadəsi ilə razı olmadığını vurğulayıb:
“Vaxtilə parlamentdə bəzən dövlətlərarası münasibətləri “nikah”la qarışdırdığımızı söyləmişdim. Ermənistan Respublikası dövlətlərarası münasibətlərdə dövlətlərarası məntiqə əsaslanır, biz də digər üzvlər kimi AİB-in üzvüyük. AİB-in üzvü olduğumuz müddətcə qərar qəbuletmədə tam iştirak edirik. Ehtiyac yaranmayana qədər belə bir məsələni qaldırmayacağıq. Obyektiv ehtiyac olduqda referendum keçirəcəyik. Amma mənim fikrim budur ki, buna sadəcə obyektiv ehtiyac yoxdur”.