AZ

Mövsümdə 2-ci dəfə...

Misli premyer-liqasında 2025/26 mövsümünün ən erkən qollarından biri vurulub.

"Football-plus.az" xəbər verir ki, 31-ci turun “Neftçi” – “Şamaxı” matçında (3:0) hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.

Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldu. Hesabın belə erkən açılması ilk dəfə 2-ci turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy-Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da “Şamaxı” ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.

Seçilən
27
5
football-plus.az

6Mənbələr