AZ

“Neftçi” İzmir klubu ilə əməkdaşlıq imkanlarını müzakirə edib

"Neftçi" İdman Klubunun nümayəndə heyəti icraçı direktor Fərəc Əliyevin rəhbərliyi ilə Türkiyənin İzmir şəhərinə səfər edərək "Aliağa Petkim Spor" komandası ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Apasport.az xəbər verir ki, görüşlər çərçivəsində tərəflər əsasən basketbol növü üzrə inkişaf perspektivləri, birgə təlim-məşq toplanışlarının təşkili, gənc idmançıların hazırlanması və digər müvafiq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfər nəticəsində iki klub arasında gələcəkdə birgə layihələrin icra edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və münasibətlərin davamlı inkişafı barədə razılıq əldə olunub.

“Sabah” növbəti çempionluğunu qazana bilər

“Sabah”dan növbəti qələbə

“Sabah” seriyaya qələbə ilə başladı

ABL: “Sabah”ın finaldakı rəqibi müəyyənləşdi

“Sabah” ABL-in finalında

Seçilən
33
5
apasport.az

7Mənbələr