Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T. Bədəlov, P. Qurbanov, S. Xəlilov və K. Fətəliyev saxlanılıblar.BUTA.TV xəbər verir ki, araşdırmalar zamanı onların zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıqları məlum olub. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar. Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar. Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.