AZ

Aİ Rusiya ilə danışıqlara hazır deyil -Kallas

Avropa İttifaqı Rusiya ilə mümkün danışıqları müzakirə etməzdən əvvəl üzv ölkələr arasında ortaq mövqe formalaşdırılmalıdır.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə bildirib.

“Rusiyanın vəziyyətini müzakirə etməzdən əvvəl öz aramızda dəqiqləşdirməliyik ki, biz onunla nədən danışmaq istəyirik”, - o qeyd edib.

Kallas deyib ki, Aİ üçün əsas məqsəd sabit və sülh içində bir Avropanın təmin edilməsidir: “Söhbət Avropa təhlükəsizliyindən gedir, Rusiya daim qonşularına hücum edir və biz buna necə cavab verə bilərik”.

Kallas vurğulayıb ki, Aİ-nin Rusiya ilə bağlı tələbləri və şərtləri Avropada sülhün təmin olunması baxımından hələ də müzakirə mərhələsindədir.

Seçilən
15
4
redaktor.az

5Mənbələr